“İlin MusiCares Adamı” mükafatçıları elan edildi

“İlin MusiCares Adamı”  mükafatçıları elan edildi
4 noyabr 2022
# 15:40

Berri Qordi və Smoki Robinson 2023-cü ilin “İlin MusiCares Adamı” mükafatçıları elan edildi.

Kulis.az xəbər verir ki, bundan öncə sözügüdən mükafat üç musiqiçiyə Joni Mitchell, Aerosmith, Dolly Parton və Fleetwood Mac’a verilmişdi. Bu il isə ilk dəfə olaraq iki ifaçıya Berri Qordi və Smoki Robinson’a təqdim olunacaq. Təqdimat mərasimi Los Anceles Konqres Mərkəzində keçiriləcək .

Qeyd edək ki, “İlin MusiCares Adamı” hər il musiqiçilərə onların musiqi sahəsindəki fəaliyyətini dəyərləndirmək üçün verilən mükafatdır.

# 1118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #