“Uşaqlıq duyğularımın rəngləri” adlı sərgiyə əsər qəbulu davam edir

“Uşaqlıq duyğularımın rəngləri” adlı sərgiyə əsər qəbulu davam edir
15 avqust 2023
# 12:50

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.

Kulis.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək [email protected] ünvanına göndərməlidir. (Uşaq vaxtı çəkdiyiniz rəsmlə də sərgiyə qatıla bilərsiniz)

Əsər qəbulu üçün son tarix oktyabrın beşidir.

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

# 739 dəfə oxunub

Müəllifin son yazıları

# # #