"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) üzvü olduğu Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyətinin üzvləri və İcraçı direktoru Azərbaycana gəlib.
Kulis.az xəbər verir ki, səfər çərçivəsində fevralın 14-də muzey əməkdaşları üçün muzey işinin təşkili və idarə olunmasına dair master-klas təşkil edilib.
"İçərişəhər" Muzey Mərkəzinin və Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı master-klasda muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin öyrənilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub.
- Nelson Mandelanın həbsdə yazdığı məktub satışa qoyulur
- Nobelin qərarı ədalətlidirmi? – Mütəxəssislər danışdı
- "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçiriləcək
Tədbirdə NEMO-nun Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) Muzey Assosiasiyalarının rəhbərlərindən ibarət olan İdarə Heyəti tərəfindən yuxarıda qeyd olunan mövzular üzrə təqdimatlar edilib.
Master-klasın açılışında "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və NEMO-nun İcraçı direktoru Julia Pagel çıxış edərək İçərişəhər və NEMO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər və təşkil olunan tədbirin Azərbaycan və Avropa muzeyləri arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayıblar.