Emin Nihil: “Ölümsüzlər üçün günəş” - Ən qısa hekayə

Emin Nihil: “Ölümsüzlər üçün günəş” - Ən qısa hekayə
21 dekabr 2013
# 08:00

Kulis.Az Emin Nihilin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ölümsüzlər üçün günəş” (202 işarə) hekayəsini təqdim edir.

Gecə idi. Pəncərədən şəhərin ən çox insanların olduğu yer görsənirdi. “Həyat unutdurmuşdu insanlara ölümü” - deyə fikirləşirdi. Ümidini soyunub girdi yatağına. Sabah artıq günəş onun üçün doğmayacaqdı.

# 1553 dəfə oxunub

Müəllifin son yazıları

# # #