İçərişəhərdə “Uşaqlar üçün irs” festivalı keçiriləcək

İçərişəhərdə “Uşaqlar üçün irs”  festivalı keçiriləcək
31 may 2024
# 17:30

İyunun 1-2-də İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar üçün irs” mədəniyyət və yaradıcılıq festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Təşkil olunacaq tədbirlər sırasında uşaqlar üçün təşkil olunmuş muzey ekspozisiyasının nümayişi, tarixi abidələrin öyrənilməsi məqsədilə turun təşkili, Tahir Salahovun “Güllər” sərgisinə baxış, gənc rəssamların əsərlərinin nümayişi, Bakı Marionet Teatrında kuklalarla tanışlıq, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, teatr tamaşası, film nümayişi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, festival çərçivəsində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün təşkil olunmuş “Uşaqlar üçün tarix” ekspozisiyası nümayiş olunacaq, eləcə də tarixi abidələrin bərpasının və qorunmasının əhəmiyyətini vurğulamaq məqsədilə tur təşkil ediləcək.

# 529 dəfə oxunub

Müəllifin son yazıları

# # #