Dini motivli şeirlər müsabiqəsi bitdi

Dini motivli şeirlər müsabiqəsi bitdi
11 oktyabr 2016
# 13:59

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi başa çatıb.

Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş 64 şeirin arasından ən yaxşılarını seçərək ilk üç yerin qalibini müyyənləşdirib.

Qaliblər yaxın günlərdə keçiriləcək tədbirdə elan olunacaq.

Onu da qeyd edək ki, müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc edilib. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd səmavi kitabların-Tövrat, Zəbur, İncil, Quran-gənclər arasında düzgün təbliği, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etmək idi .

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

# 905 dəfə oxunub

Müəllifin son yazıları

# # #