İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək

İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
10 may 2023
# 10:00

27 may – 4 iyun tarixlərində İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi və müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək.

Sərgi çərçivəsində təqdimatlar, müzakirələr, panellər, görüşlər və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına veriləcək.

Bəzi tədbirlər isə qədim şəhərin müxtəlif məkanlarında, açıq havada keçiriləcək.

Oxucular kitabları müxtəlif endirimlərlə əldə etmək imkanı qazanacaqlar.

Sərgidə tanınmış xarici yazıçıların da iştirakı gözlənilir.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #