Qismətdən Əsəd Cahangir və “Ulduz” jurnalı haqda sərt sözlər

Qismətdən Əsəd Cahangir və “Ulduz” jurnalı haqda sərt sözlər
10 iyun 2014
# 11:08

Tənqidçi Əsəd Cahangirin “Ulduz” jurnalının Qulu Ağsəsin baş redaktorluğu ilə çap edilən ilk nömrəsi haqqında təhlil məqaləsi narazılığa səbəb olub. Kulis.Az Qismətin Facebook sosial şəbəkəsində yazdığı qeydi təqdim edir.

"Ulduz" jurnalının yeni sayı ilə bağlı tənqidçi Əsəd Cahangirin "ekspertizasını" oxudum, bilmədim, gülüm, ya təəssüflənim? Könül Həsənqulunun şeirləri ilə bağlı tənqidçi yazır ki, niyə məhz şeirin üçün qarğanı obraz seçmisən, bülbülü yox? Bu nə yanaşmadı axı, heç dəxli var, şeirin müəllifi istəyər qarğadan yazar, istəyər Bodler kimi albatrosdan yazar, istəyər Məmməd İsmayıl kimi ağacdələndən yazar, istəyər marketdə dondurulmuş bildirçin görüb ondan yazar.


Nazim Hikmətdən epiqonçuluqda ittiham etdiyi şeirin isə Nazimə zərrə qədər dəxli yoxdur.


O jurnalda gənclik adına ürək genişliyi ilə bircə gəncin bir kitablıq şeirləri gedib, o da əsassız metodlarla tənqid olunur. Əsas yazılmalı isə odur ki, bu jurnal gəncliyin jurnalıdırsa, necə olur ki, az qala babamız yaşdakı adamlar jurnalda faiz etibarilə daha çoxdur?


Mən qəsdi olan adam kimi görünməkdən həmişə ehtiyat etmişəm, dostların qəlbini qırmamaq, nə bilim, ağıl öyrədən kimi görünməkdən mümkün qədər qaçmaq üçün az-az olur ki, belə şeylər yazıram, bilin ki, məramım qətiyyən neqativ deyil. Amma siz Allah, heç olmasa o jurnalın üz qabığını dəyişin. Nə qədər aya-ulduza baxan qız-oğlan şəkli olar, ayıbdır.

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

# # #