I bilik Kitab sərgisi başlayıb

I bilik Kitab sərgisi başlayıb
9 sentyabr 2022
# 14:00

Bu gündən "ANAİB I Bilik Kitab Sərgisi" başlayır.

Kulis.az xəbər verir ki, ANAİB və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9, 10, 11 sentyabr tarixlərində Nizami rayonu H.Əliyev adına parkda (Xalqlar dostluğu) "ANAİB I Bilik Kitab Sərgisi" baş tutacaq.

Qeyd edək ki, sərgi kitabçı, bu yaxınlarda həyatını itirmiş Nurəddin Məmmədlinin əziz xatirəsinə ithaf edilir.

Sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.

Digər sərgilərdən fərqli olaraq bu dəfə 24 nəşriyyat sərgidə iştirak edir.

Bununla yanaşı yazıçılarla imza saatları, şeir saatları, face-art, master-klasslar kimi fəaliyyətlər təşkil olunacaq.

# 1393 dəfə oxunub

Müəllifin son yazıları

# # #