Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.
Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.
“Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir”, - cavabda deyilir.