Hülya Avşar kuryeri məhkəməyə verdi

Hülya Avşar kuryeri məhkəməyə verdi
19 fevral 2024
# 12:00

Türkiyəli aktrisa Hülya Avşara çatmalı olan icra sənədini qızı Zehra Çilingiroğluna çatdıran, qadağan olduğu halda özü imzalayan kuryer cinayət məsuliyyətinə cəlb edilib.

Kulis.az xəbər verir ki, Avşar və Çilingiroğlunun vəkili müttəhimin hərəkətinə görə müvəkkillərinin maddi və mənəvi cəhətdən çətin günlər yaşadıqlarını bildirərək, müttəhimin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, məhkəmə kuryeri "rəsmi sənədləri saxtalaşdırma" cinayətinə görə 2 il müddətinə azadlıqdan məhrum edib.

# 993 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #