Yeni komediya filmi gəlir

Yeni komediya filmi gəlir
1 noyabr 2017
# 15:54

“Dörd baş” adlı yeni kinokomediya nümayiş olunacaq.

Kulis.azın verdiyi məlumata görə, filmdəki hadisələr qeyri-adi yuxudan başlayır və gerçək həyata keçir. Özünü molla kimi təqdim edən fırıldaqçı həbsxanaya düşür. Filmdə din adından istifadə edən fırıldaqçı mollalar tənqid atəşinə tutulur. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov (ssenari həmçinin Nofəl Şahlaroğlunun iştirakı ilə yazılıb), quruluşçu operatoru Fahir Səmədoğludur.

Kinokomediyada aktyorlar Azər Axşam, Nofəl Şahlaroğlu, Natiq Aslan və Ceyhun Məmmədov çəkiliblər.

“Bu kinokomediyada həm qrotesk, həm yumor, həm epataj, bir sözlə komediyaya xas olan hər şey var. İnanıram ki, film qısa müddətdə tamaşaçı rəğbəti qazanacaq. Filmdə maraqlı və sətiraltı mənalar var. Bütün tamaşaçıları yaxın vaxtlarda kinoteatrlarda gözləyirik” – bunu filmin rejissoru Natiq Novruzov deyib.

Xatırladaq ki, “Dörd Baş” kinokomediyası yaxın vaxtlarda ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #