Hollivud ulduzu Tommi Li Consun qızı oteldə ölü tapıldı

Hollivud ulduzu Tommi Li Consun qızı oteldə ölü tapıldı
2 yanvar 2026
# 10:20

Məşhur amerikalı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb. Cümə axşamı səhər tezdən. Viktoriyanın 34 yaşı var idi", - məlumatda deyilir.

Hadisə yerinə polis və tibbi ekspert gəlib. Ölümün səbəbi hələ də məlum deyil.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər