“Himayədar” filminin çəkilişləri yekunlaşdı

“Himayədar”  filminin çəkilişləri yekunlaşdı
8 fevral 2024
# 12:40

Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.

Kulis.az xəbər verir ki, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.

Ekran əsəri Hacı Zeynalabdın Tağıyevin vəfatının 100-ci ildönümü ilə əlaqədar çəkilib.

Xeyriyyəçiyə həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir.

“Himayədar”ın on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 ədəd aksesuar – zərgərlik nümunələrini hazırlayıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.

# 692 dəfə oxunub

Müəllifin son yazıları

# # #