Bu şeiri hamı əzbər bilir - Mətn

Bu şeiri hamı əzbər bilir - Mətn
10 avqust 2020
# 11:01

Bu gün çağdaş Azərbaycan poeziyasının ən tanınmış nümayəndələrindən olan Salam Sarvanın doğum günüdür. Şairin 54 yaşı tamam olur. Salam Sarvan Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti ilə seçilən şəxslərdəndir. O, Səməd Vurğun və Ramiz Rövşəndən sonra ən çox yaddaşlarda qalan şairdir.
Kulis.az Salam bəyi təbrik edir və onun, demək olar ki, hamının əzbər bildiyi "Bağışla, otağım tör-töküntüdür" şeirini təqdim edir.

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol-budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdü.

Gallery

# 4590 dəfə oxunub

Müəllifin son yazıları

# # #