Hicabsız qadınların İran muzeylərinə girişi qadağan edildi

Hicabsız qadınların İran muzeylərinə girişi qadağan edildi
26 aprel 2023
# 17:30

İranda məcburi hicab qaydalarına riayət etməyən qadınların muzeylərə girişi qadağan edilib.

Kulis.az xəbər verir ki, bu barədə İran Mədəni İrs Nazirliyinin muzeylər üzrə direktoru Mürtəza Ədibzadə açıqlama verib.

O, nazirliyin məsələ ilə bağlı sərəncam yaydığını və orada "islami hicab qaydaları"na uyğun geyinməyən qadınların muzey və tarixi-mədəni komplekslərə buraxılmamaları barədə qəti xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

# 1149 dəfə oxunub

Müəllifin son yazıları

# # #