"Harri Potter"in ulduzu Trampa necə rədd cavabı verdiyini açıqlayıb

"Harri Potter"in ulduzu Trampa necə rədd cavabı verdiyini açıqlayıb
11 avqust 2025
# 13:00

Britaniyalı aktrisa Emma Tompson ABŞ prezidenti Donald Trampın 1998-ci ildə ona görüş təklifi etdiyini bildirib.

Kulis.az xəbər verir ki, təklif aktrisanın rəsmi boşanmasının təsdiqləndiyi gün edilib.

Tompsonun sözlərinə görə, Tramp ona zəng edərək öz məkanlarından birində qalmasını və birgə şam etmələrini istəyib.

Aktrisa isə təklifi nəzakətlə rədd edib və bunu zarafat kimi qəbul etdiyini deyib. O, hazırcavablıqla “əgər görüşə getsəydim, ABŞ tarixinin gedişini dəyişə bilərdim” sözlərini əlavə edib.

Qeyd edək ki, həmin vaxt Tramp ikinci həyat yoldaşı Marla Meypls ilə yeni ayrılmışdı.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər