Aşur Mehdi: “Atamın göz yaşları”-Ən qısa hekayə

Aşur Mehdi: “Atamın göz yaşları”-Ən qısa hekayə
20 dekabr 2013
# 22:00

Kulis.az Aşur Mehdinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Atamın göz yaşları” (366 işarə) hekayəsini təqdim edir.


Zalda olan hər kəs bizə baxırdı. Atam ağlayırdı. Bizdə sevinirdik. Çünki kimsə bizim nələr çəkdiyimizi bilmirdi və bilməyəcəkdi. 4 ildən çox idi ki, atam haqsız həbs edilmişdi və biz ailəlikcə bu haqsızlıqla mübarizə aparırdıq.

Çünki atam günahkar deyildi.

Nəhayət Haqq zəfər çaldı. Atam bəraət almışdı. Günahsızlığı sübut olmuşdu... Atam sevindiyindən ağlayırdı, biz isə ağladığımız günlərin geridə qaldığı üçün sevinirdik.

# 1670 dəfə oxunub

Müəllifin son yazıları

# # #