Qanunsuz mərc oynama ittihamı ilə həbs edilən müğənni Sərdar Ortaç ev dustaqlığı zamanı yaşadığı çətinliklərdən danışıb.
Kulis.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi yaşadığı stressdən sol qolunda problem yarandığını bildirib:
“Evdə qandallı gəzərkən stressdən sol qolumda problem yarandı. Xəstəliyimə görə sol ayağımda onsuz da problem var idi, yeriməkdə çətinlik çəkirdim, amma buna baxmayaraq, yenə səhnəyə çıxıb konsertlər verirdim. Qumar bəlası başıma gəldi və cəzalandırıldım".
Yaşadığı çətinliklərə görə tükənən Ortaç dərin hüznlə bunları deyib:
“Artıq ölmək istəyirəm. İllərdir səhnələrdə konsertlər verirəm, insanları əyləndirirəm. Amma televizoru açıram, illərdir bacı-qardaş dediyim adamlar məni təhqir edirlər. Hamı mənim "yıxılmağımı" gözləyirdi? Mən artıq yaşamaq istəmirəm. Doğrudan da sabah səhər ölmək istəyirəm."