Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq
23 aprel 2025
# 10:00

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramında Xalq artistləri Malik Mansurov, Elçin Haşımov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Qoçaq Ələsgərov, Vüsal İsgəndərzadə, Şəhriyar İmanov, həmçinin beynəlxalq və respublika müsabiqə laureatları çıxış edəcəklər.

Qeyd edək ki, Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #