Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında
2 oktyabr 2026
# 17:15

Gürcüstanəsilli gənc modelyer Qalib Həsənov “The Business of Fashion” nəşrinin nüfuzlu “BoF 500 Class of 2026” qlobal siyahısına daxil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, soydaşımız sosial şəbəkə hesablarında siyahıda yer almasını onun üçün şərəf olduğunu yazıb.

“BoF 500” illik indeksi dünya dəb sənayesinin ən nüfuzlu simalarından ibarət olur. Bu siyahıya daxil edilmək xidmətlərin və qlobal modanın inkişafına təsirlərin rəsmən tanınması deməkdir.

Qeyd edək ki, Qalib Həsənov Gürcüstanın Qaracalar kəndindəndir. Milanda yaşayan 31 yaşlı dizayner “Institution” brendinin təsisçisi və kreativ direktorudur.

# 49 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər