Serdar Ortaçdan qumarla bağlı açıqlama

Serdar Ortaçdan qumarla bağlı açıqlama
24 sentyabr 2024
# 13:33

Bir müddət əvvəl spirtli içkiləri atdığını açıqlayan türkiyəli müğənni Serdar Ortaç yutubda yayımlanan "Free Kick" adlı proqramın qonağı olub.

Kulis.az xəbər verir ki, qumar vərdişinin həyatını alt-üst etdiyini dəfələrlə dilə gətirən müğənni "Nə qədər itirdin?" sualına da cavab verib:

"Dəqiq bilmirəm, amma 10-15 evim getdi. Ali Sami Yen stadionunun yanında bir göydələn var idi, getdi. Çox səhv etdim. Sağlamlığımı itirdim".

Qeyd edək ki, müğənni uzun illərdir ki, MS xəstəliyi ilə mübarizə aparır.

Ülvi Bahadır

# 487 dəfə oxunub

Müəllifin son yazıları

# # #