Gültəkin Əsgərovanın xatirəsi anıldı

Gültəkin Əsgərovanın xatirəsi anıldı
20 noyabr 2025
# 17:36

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Milli qəhrəmanlar unudulmur” silsiləsi çərçivəsində “İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni hazırlanıb.

Kulis.az xəbər verir ki, məlumat bülleteni Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlara dair ədəbiyyatı geniş oxucu kütləsi üçün, xüsusilə də gənclər arasında vətənpərvərliyi təbliğ etmək məqsədilə tərtib olunub.

Vəsaitdə “Döyüş yolu 20 Yanvar faciəsindən başlayan qəhrəman” ,“İki məzarı olan qadın qəhrəmanımız: “Deyirdi, güllələr yanımdan keçir, mənə dəymir...”, “Adı əfsanəyə çevrilən xanımlar - üç milli qəhrəman” adlı bölmələr altında Gültəkin Əsgərovanın şərəfli ömür yolu, irsi və xatirəsi haqqında geniş məlumat təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda qəhrəman xanım haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin siyahısı yer alır. Məlumat bülletenində bu kitabların görüntüləri də sərgilənir.

“İki andlı, iki zirvəli qəhrəman Gültəkin Əsgərova” adlı məlumat bülleteni kitabxananın rəsmi saytda yerləşdirilib.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər