Göyündə Allah boğulur - Ramiz Rövşən

Göyündə Allah boğulur - Ramiz Rövşən
13 mart 2026
# 12:05

Kulis.az Ramiz Rövşənın "Boğulur" şeirini təqdim edir.

Dünyanın suyu çirklənir,
Suyunda balıq boğulur,
Çirklənir, göyü çirklənir,
Göyündə Allah boğulur.

Çox batan yerində batır,
Dadına gələn də batır,
Ağıllı dərində batır,
Dayazda axmaq boğulur.

Kimisi nəğməli-sazlı,
Kimisi başı qapazlı,
Kimisi paltar-palazlı,
Kimisi çılpaq boğulur.

# 164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər