Xalq artisti Mehriban Zəki binası olmayan özəl teatrlarla bağlı maraqlı təklif irəli sürüb.
Kulis.az xəbər verir ki, hazırda paytaxtda fəaliyyət göstərən bir neçə teatrın tamaşalarını nümayiş etdirdiyi zaman çətinliklərlə üzləşdiyinə diqqət çəkən aktrisa şadlıq saraylarının bu teatrlara verilməsi təklif edib:
“Mədəniyyətin ən parlaq və lazımlı olan növü teatrdır. Bir çox teatrlar məkansız, binasız, yersiz yurdsuzdur. Büdcədən, xalqın cibindən oğurluq nəticəsində tikilən Şadlıq saraylarını teatrlara versin dövlət. Mədəniyyətimizə daha çox xeyir dəyər. YUĞ teatrı, Uşaq teatrı, ƏSA teatrı, Səda tədris teatrı və daha neçə teatrın binası olsun.”
Xalq artisti bu ideyanın ilk dəfə Əməkdar artist İntiqam Soltan tərəfindən verildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, bu yaxınlarda “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da Feysbuk səhifəsində bu məsələyə toxunmuşdu.