“Göyçək Fatma” yeni quruluşda təqdim olunacaq

"Göyçək Fatma" tamaşası

"Göyçək Fatma" tamaşası

13 dekabr 2021
# 16:30

90 illik yubiley tədbirinə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq.


Kulis.az xəbər verir ki, dekabrın 19-da “Göyçək Fatma” tamaşası tam fərqli quruluş və səhnə tərtibatında yenidən balaca tamaşaçıların ixtiyarına veriləcək.


Eyni adlı məşhur Azərbaycan xalq nağılı əsasında Kəmalə Ağayevanın pyes halına saldığı “Göyçək Fatma” nağıl tamaşası sırf Kukla Teatrının repertuarında bir neçə dəfə hazırlanıb. Budəfəki quruluşda nümunəyə çağdaş teatr estetika və üslubunda yanaşılmaqla vizuallığı daha da artırılıb.
Mərhum dramaturq Rəhman Əlizadənin səhnələşdirməsi saxlanılmaqla ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.


Bir saatlıq interaktiv səhnə işində quruluşçular klassik kukla teatrı ənənələri ilə müasir animasiyanın funksionallığını sintez etməyə, balacalar üçün sürətli keçidlərlə daim hərəkətli (dekor və kuklaların əksəriyyəti fərqli personajlara çevrilə bilirlər) quruluşu təmin ediblər.


Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edirlər.

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

# # #