Məşhur rejissor vəfat edib

Məşhur rejissor vəfat edib
28 noyabr 2019
# 10:55

Məşhur ingilis rejissoru, ssenarist və aktyor Conatan Miller vəfat edib.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, yaxınlarının dediyinə görə, Miller alzheimer xəstəliyi ilə uzun sürən mübarizədən sonar 85 yaşında dünyasını dəyişib.

Miller 21 iyul 1934-cü ildə Londonda anadan olub. 1950-ci illərdə tibb təhsil alsa da Miller sonralara televiziya və radioda çalışıb. "Sərhəddən kənar” komediya şousu Millerə xeyli populyarlıq gətirmişdi. 1970-ci illərdə o, operalara rəhbərlik etməyə başlamış, daha sonra Kral Milli Teatrının direktor müavini olub və Köhnə Uik Teatrına rəhbərlik edib. BBC kanalı üçün bir neçə sənədli film çəkib.

Bundan başqa, Miller “Alisa Möcüzələr Diyarında”, “Omnibus”, “Arena”, və sair film və televiziya şoularını da idarə edib. Bu layihələrin bir çoxunda o, həm də ssenari müəllifi kimi çıxış edib.

# 1744 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #