Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib

Görkəmli rəssam Tamilla Məmmədova vəfat edib
10 iyun 2025
# 05:20

Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

Kulis.az xəbər verir ki, Tamilla xanım ömrünü sənətə və təhsilə həsr edib, qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.

Onun əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və “Azərbaycan” gəmisində nümayiş olunub.

Qeyd edək ki, Tamilla Məmmədova həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #