Raju Zakaryayev: “Qorxu”-Ən qısa hekayə

Raju Zakaryayev: “Qorxu”-Ən qısa hekayə
25 dekabr 2013
# 17:00

Kulis.az Raju Zakaryayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qorxu” (448 işarə) hekayəsini təqdim edir.

Gözləri qan içində, hirsli qarşıma çıxmışdı. O qədər heybətli və güclü görünürdü ki, bir neçə saniyədə ola biləcək bütün pisliklər gözümün qabağından bir film lenti kimi keçib getmişdi. Təəccüb və qorxu ilə səsim titrəyərək “aaabi...” deyə bilmişdim sadəcə.

Əsəbi, siqaretin dumanını burnundan çıxardaraq gözlərimin içinə baxdı və başını yana yellədi. Ağzımı, burnumu qırıb məni oracıqda buraxıb gedəcəyindən əmin idim artıq. Əllərimlə başmı qorumağa çalışaraq qorxuyla büküldüyüm anda hıçqıra-hıçqıra qucaqladı və ...

# 2416 dəfə oxunub

Müəllifin son yazıları

# # #