#

Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirildi

Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirildi
2 oktyabr 2024
# 18:32

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşdıırılan layihənin ilk günü Samux Rayon Qarayeri qəsəbəsi UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı baş tutub.

Qeyd edək ki, Fuad Ramazanov, Zəminə Mustafayeva, Hüseyin Qələndərli, Səlim Əliyev, Leyla Mehtiyeva, Hafiz Həsənovun ifasında "Çahargah" muğamından “Bəstə-Nigar” şöbəsi və təsnif, "Şur" təsnifi, "Arazbari" ritmik muğamı, “Rast" muğamından "Dilkəş" şöbəsi və təsnif, "Segah" təsnifi səsləndirilib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

# # #