Dünyanın ən qəliz kitabları

Dünyanın ən qəliz kitabları
11 oktyabr 2019
# 21:00

"Millions" adlı ədəbiyyat şəbəkəsi bu günə qədər yazılmış 10 ən çətin kitabı seçib. Üç il davam edən araşdırma zamanı oxumağın çətinliyi baxımından kitabların uzunluluğu, dili və üslubu, qeyri-ənənəvi texnikası, struktur fərqliliyi nəzərə alınıb. Seçim yalnız qərb dillərində yazılmış kitablar arasında aparılıb.

Kulis.az həmin onluğu təqdim edir.

1. Amerikalı yazıçı Djuna Barnesin (1892-1982) "Nightwood" (Türk dilinə - “Gecəni danış mənə” adı ilə tərcümə edilib) adlı romanı. Bu kitab qeyri-adi dil strukturu ilə müasir ədəbiyyatın kult əsərləri arasına girib.

2. İngilis ədəbiyyatının möhtəşəm abidəsi olan “Qulliverin səyahəti”nin müəllifi Conatan Sviftin “Çəlləyin nağılı” adlı əsəri.

3. Alman filosofu Hegelin əsas əsərlərindən biri olan “Ruhun fenomenologiyası” kitabı.

4. İngilis yazıçısı Virciniya Vulfun texniki bacarığını tam olaraq inkişaf etdirdiyi "To the Lighthouse" (Rus dilinə “Mayakda” kimi tərcümə olunub) əsəri.

5. XVIII əsr ingilis yazıçısı Samuel Riçardsonun "Klarissa yaxud gənc qadının hekayəti" adlı 7 cildlik romanı.

6. Ceyms Coysun 1939-cu ildə yazdığı "Finnegans Wake" romanı.

7. Alman filosofu Martin Haydeqqerin 1927-ci ildə yazdığı çətin və qarışıq üslubu ilə fəlsəfə dünyasını bir-birinə qatan “Varlıq və Zaman” adlı kitabı.

8. XVI əsr ingilis şairi Edmund Spenserin İngiltərə kraliçasına yazdığı “Pərilər kraliçası” adlı alleqorik şeiri.

9. XX əsrdə yaşamış amerikan yazıçısı Qertrud Steynin 1906-1908-ci illərdə yazdığı, 1925-ci ildə çap olunan "The Making of Americans" adlı əsəri.

10. Amerikalı yazıçısı Cofef MakElroyun 1190 səhifəlik “Qadınlar və kişilər” romanı.

# 4117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #