Nobel Mükafatını kim qazanacaq? - Mərclər açıqlandı

Nobel Mükafatını kim qazanacaq? - Mərclər açıqlandı
5 oktyabr 2022
# 11:20

Ədəbiyyat üzrə 2022-ci il Nobel Mükafatını kimin qazanacağına dair mərclər açılıb.

Kulis.az xəbər verir ki, hər il olduğu kimi bu il də ədəbiyyat adamları, tənqidçilər və oxucular arasında mükafatı kimin qazanacağı barədə bəhslər aparılır.

Seçimlər arasında ən çox xal toplayan yazıçılar fransız yazıçı Mişel Uelbek və hind əsilli ingilis yazıçı Salman Rüşdidir.

Qeyd edək ki, ötən il bu mükafatı qazanan Əbdülrəzzak Qurnanın adı mərc siyahılarına düşməmişdi.

Ədəbiyyat üzrə Nobel Mükafatının 2022-ci il üçün qalibi oktyabrın 6-sı ən tez saat 13:00-da açıqlanacaq.

Mərc siyahısına düşən ən məşhur yazıçıların hazırkı nəticələri belədir:

Mişel Uelberq — 7/1
Salman Ruşdi — 8/1
Stefan Kinq — 10/1
Haruki Murakami — 14/1
Anne Carson — 16/1
Marqaret Etvud — 16/1
Xavier Marias — 20/1
Karl Ove Knausqard — 25/1
Milan Kundera — 50/1

# 1838 dəfə oxunub

Müəllifin son yazıları

# # #