Gənc rəssamların “Sehrli dünyamız” adlı sərgisi açılıb

Gənc rəssamların “Sehrli dünyamız” adlı sərgisi açılıb
10 iyul 2024
# 15:15

Bakıdakı Rus evində bir çox respublika müsabiqəsinin laureatları, gənc rəssamlar Leyli, Sərhad və Fərrux Burzunun “Sehrli dünyamız” adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, təsviri incəsənət müəllimi, gənc rəssamların pedaqoqu Səbinə Ağasıyeva, eləcə də Fərhad Burzu sərginin açılışında iştirak ediblər.

Sərgidə tamaşaçılara müxtəlif janr və mövzularda 30-dan çox əsər təqdim olunub. Həmçinin tədbirə gələn qonaqlar Leyli və Fərrux Burzunun, BMA-nın studiya məktəbinin tələbələri Leyla və Cəmilə Yolçuzadənin, eləcə də BMA-nın baş müəllimi Sevda Yolçuyevanın ifasında Azərbaycan, rus və xarici bəstəkarların əsərlərindən ibarət xüsusi hazırlanmış musiqi proqramı ilə tanış olublar.

# 768 dəfə oxunub

Müəllifin son yazıları

# # #