“Həyatın rəngləri” adlı sərgi keçirildi

“Həyatın rəngləri”  adlı sərgi keçirildi
26 noyabr 2021
# 13:50

“Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın “Həyatın rəngləri” adlı yaradıcılıq sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 əsəri nümayiş olunub.

Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında geniş məlumat verib.

Sonra çıxış edənlər Rəssamlıq Akademiyasının müəllimi Elşən Quliyev, Rəssamlıq Akademiyasının dosenti Telman Abbasov, türkiyəli rəssam Ahmet Naim Pir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sabir Əhədov, “GALERA” Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli və digərləri rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda rəssam Tünzalə Ağabalayeva “Azərkitab” mərkəzi tərəfindən diplomla təltif olunub.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

# 1182 dəfə oxunub

Müəllifin son yazıları

# # #