Gənc musiqiçilərimiz Berlində

Gənc musiqiçilərimiz Berlində
28 aprel 2025
# 12:10

Berlində azərbaycanlı gənc musiqiçilər Xədicə Cahangirovanın (piano) və Surə Rüfət Həsənlinin (skripka) konserti olub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə səfirliyin əməkdaşları, alman musiqisevərlər, bir sıra ölkələrdən olan tələbələr, Azərbaycan icmasının və dost icmaların təmsilçiləri iştirak ediblər.

İstedadlı gənclərimiz tərəfindən Azərbaycanın Dövlət Himninin ifa olunması ilə başlayan gecədə dünya və Azərbaycan klassik musiqisinin inciləri səsləndirilib. Gənc istedadlarımızın konsertin sonunda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı və Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”nı birlikdə ifa ediblər.

Qeyd edək ki, gənc istedadlar Berlindən sonra Vyanada da konsert verəcəklər.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

# # #