Kahramanmaraşda baş verən zəlzələdə Hatayda olan müğənni Levent Şahin də dağıntılar altında qalaraq həlak olub.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 41 yaşlı müğənninin cansız cəsədi dağıntılar altından tapılıb.
Ləqəbi Leşa olan Levent Şahin 1982 Antakyada anadan olub. Antakya Bələdiyyəsi Türk Klassik Musiqisi Xorunda solist və xor ifaçısı kimi çalışıb və bir çox konsertlərdə iştirak edib. 2006-2009 –cu illərdə öz üslubunu və səhnəsini yaratmağa çalışan Leşa, Hatayda öz konsertini təşkil edərək yeni bir cığır açıb.
- Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı – Sevda Ələkbərzadə haqqında maraqlı faktlar
- “Ay çiçəyi qatilləri” filmi nümayiş olunacaq
- Təzə "Yazı"dakı yazılar…
O, Türkiyədə səsini eşitdirmək üçün “O Ses Türkiye” yarışmasına qatılıb və 1/4 finala yüksəlib. Həyatına böyük məna verən və bu yolda ona dəstək olan mərhum Harun Kolçakla tanış olandan sonra bütün konsertlərində onunla eyni səhnəni paylaşıb. Levent Şahin 2016-cı ildə Sezen Aksunun "Let Me Go" mahnısına cover edib və 4 mahnıdan ibarət maxisingle-ı təqdim edib.