Bu yaxınlarda Selçuk Yöntem və Tarık Emir Tekinin baş rollarda çəkildiyi 'Reflection' filmi ilə böyük ekranlara çıxan türkiyəli aktyor Noyan Arat vəfat edib.
Kulis.az xəbər verir ki, aktyorun ölüm xəbərini Türkiyənin Aktyorlar İttifaqı açıqlayıb.
Açıqlamada, "Həmkarımız Noyan Arat dünyasını dəyişdi. Ailəsinə və bütün pərəstişkarlarına səbr diləyirik. Çox təəssüf edirik" sözləri qeyd olunub.
- Bütün yazdıqları zarafat olan yazıçı – Dalğa Xatınoğludan esse
- Ramil Əhmədin məqaləsi "Hece" jurnalında çap olundu
- Azərbaycanın ilk inklüziv teatrı 4 yaşında - Video
Xatırladaq ki, Noyan Arat orta məktəbdə aktyorluğa başlayıb. 2012-ci ildə BTİ-nin Ətraf Mühit Mühəndisliyi fakültəsində bakalavr təhsilini başa vurub. İTU səhnəsində 6 il aktyorluq, rejissorluq və prodüserlik təcrübəsi qazanmışdır. 2013-cü ildə Kadir Has Universitetində aktyorluq ixtisası üzrə magistraturaya başlayıb və 2015-ci ildə məzun olub. 2013-cü ildən peşəkar fəaliyyət göstərib.