Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olundu

Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olundu
20 iyun 2024
# 15:00

Beynəlxalq Muğam Mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, bədii-musiqili gecə Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrası tərəfindən hazırlanıb.

Gecədə Xalq artisti Simarə İmanovanın rəhbərliyi ilə xanəndələr Gülşən Əliyeva, Vüqar Əbilov, Günel Kərimova, Şirəli Məmmədov, Zümrüd Kərimova, Elim Ömərov, Rəna Mehrəliyeva çıxış ediblər.

“Rast” muğamında dahi Füzulinin qəzəlləri ifa olunub. Əməkdar artist Azad Şükürovun aparıcılığı ilə keçən gecədə muğamlar bədii qiraətin müşayiətilə təqdim edilib. Xanəndələri Ramin Rzayevin (tar) bədii rəhbərliyi ilə kamançada Fəridə Məlikova (Əməkdar artist), Aygün Mehmanlı (qanun), Səyyar Teymurov (nağara), Şaiq Əsədov(balaban) və Elnur Sadıqzadə (bəm balaban) müşayiət edib.

Ölməz Füzulinin qəzəllərinin “Rast” muğamı üçün tərtibatını qəzəlxan-şair Səlim Nəsirli hazırlayıb.

# 219 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #