"Futurama" serialının növbəti sezonunun treyleri yayımlandı

"Futurama" serialının növbəti sezonunun treyleri yayımlandı
28 iyun 2023
# 12:50

Hulu yayım xidməti öz yutub kanalında "Futurama" cizgi serialının səkkizinci mövsümünün treylerini dərc edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Futurama”nın səkkizinci mövsümü on seriyadan ibarət olacaq və həftədə bir dəfə yayımlanacaq.

Son bölüm isə sentyabrın 25-də yayımlanacaq.

Mövsüm orijinal cizgi serialının yaradıcıları David Samuel Cohen və Matt Groening tərəfindən birgə yaradılıb.

Həmçinin, köhnə dublyaj aktyorlarının bir çoxu personajları səsləndirmək üçün qayıdıblar.

Kult seriyasının müəlliflərinin fikrincə, yeni epizodlar "Futurama" sevənləri gözlənilməz sürprizlərlə sevindirəcək.

# 577 dəfə oxunub

Müəllifin son yazıları

# # #