Cari ilin 3-11 dekabr tarixlərində keçiriləcək 39-cu İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin təmsil olunması nəzərdə tutulmur.
Kulis.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Türkiyə tərəfinə artıq bu barədə məlumat verilib: "Sözügedən sərgidə Azərbaycanın bu il “Fəxri qonaq ölkə” statusunda iştirakı təxirə salınmış və qarşı tərəf öncədən bu barədə məlumatlandırılıb".
- Markesin külü vətəninə gətirilir
- Tənlik işarəsidir güllələr! - Günün şeiri
- Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin bu il Fəxri Qonaq qismində iştirakından sonra nazir Anar Kərimov İstanbuldakı Kitab Sərgisində ölkəmizin fəxri qonaq olacağını açıqlamışdı.