Əfsanəvi müğənni dünyasını dəyişdi

Əfsanəvi müğənni dünyasını dəyişdi
23 avqust 2021
# 18:50

ABŞ-ın kauntri-rok ifaçısı Don Everli vəfat edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı musiqiçinin ölüm səbəbməlum deyil.

Don Everli “Everli qardaşları” duetinin sonuncu sağ qalmış üzvü idi. O, ötən əsrin 50-ci illərində qardaşı Fil ilə dueti yaratmışdı.

“Don Everli ürəyinin səsinə qulaq asırdı. O, öz arzularını həyata keçirdiyi üçün, həmçinin onu “Everli qardaşları” səviyyəsinə çatdıran həyat yoldaşı Adelaya hər zaman minnətdar olub”, - deyə Don Everlinin ailəsi bildirib.

Qardaşların ifası musiqi tarixində “The Beatles”, “The Beach Boys” və “The Byrds” kimi böyük adlara təsir edib.

# 1661 dəfə oxunub

Müəllifin son yazıları

# # #