Bakıda beynəlxalq foto-sərgi açıldı

Bakıda beynəlxalq foto-sərgi açıldı
6 aprel 2022
# 16:20

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb.

Kulis.az xəbər verir ki, müsabiqə 18-35 yaşarası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub.

Hər müsabiqə üçün 5 fərqli aspektə görə, fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzular idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır.

Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər birində, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi 8 finalçı seçilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir.

# 1619 dəfə oxunub

Müəllifin son yazıları

# # #