“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı
19 aprel 2024
# 13:00

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində açılan “Fotolarda canlanan tarix” adlı fotosərgi başa çatıb.

Kulis.az xəbər verir ki, bir ay (18 mart – 18 aprel) davam edən layihə Almaniya Federativ Respublikasının dəstəyi ilə “Mədəniyyətin qorunması” proqramı çərçivəsində ərsəyə gəlib.

Sərginin ziyarətçiləri “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiyanı, ilk dəfə sərgilənən bir çox fotolarda vaxtilə mövcud olan, hazırda isə qalıqları qalan və ya tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar. Tarixi abidələri, onların bərpa prosesini əks etdirən bu nadir fotoların bərpası ilə Bakı, İçərişəhər, Azərbaycanın bölgələrindəki binaların bu günədək məlum olmayan görüntüləri əldə edilib.

Sərgidə nümayiş olunan nadir fotolar “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860–1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb. Ölkədə ilk dəfə tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki 300-dən çox əsərə yeni həyat verilib.

Sərginin bağlanışında tanınmış elm və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

# 661 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #