“Fiqaronun toyu” 84 ildən sonra ilk dəfə

“Fiqaronun toyu” 84 ildən sonra ilk dəfə
30 iyun 2024
# 12:11

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı “Fiqaronun toyu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Qeyd edək ki, Azərbaycanda sözügedən əsərə 1940-cı ildə, yəni 84 il bundan əvvəl müraciət olunub.

# 311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #