Finlandiyada “Azərbaycan-Multikulturalizm diyarı” adlı fotosərgi açılıb

Finlandiyada “Azərbaycan-Multikulturalizm diyarı”  adlı fotosərgi açılıb
6 mart 2024
# 13:00

Finlandiyanın Espoo şəhərinin Lippulaiva kitabxanasında fotoqraf Etibar Cəfərovun müəllifi olduğu “Azərbaycan-Multikulturalizm diyarı” adlı növbəti kitab-albomun təqdimatı və eyniadlı fotosərginin açılışı keçirilib.

Kulis.az xəbər verir ki, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyətin, eləcə də ölkəmizə dost münasibət bəsləyən icmaların üzvləri, Helsinki, Espoo, Tampere, Nokia və Vanta şəhərlərində yaşayan diaspor nümayəndələri iştirak ediblər.

Espoo şəhər kitabxanasının sabiq direktoru, kitabxananın layihələr departamentinin rəhbəri Yana Turni Azərbaycanın multikultural və tolerant dəyərlərinin zənginliyindən danışıb, dünya mədəniyyətləri sırasında xüsusi yeri olduğunu bildirib. O, Azərbaycan günlərinin keçirilməsinin yerli ictimaiyyətin maraqla qarşıladığını deyib.

“Azərbaycan-Multikulturalizm diyarı” kitabı ziyarətçilərə və kitabxanaya hədiyyə edilib. Gün ərzində 100-dən çox şəxs fotosərgini ziyarət edib.

Qeyd edək ki, Helsinkinin “Oodi” kitabxanası və Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evi də “Azərbaycan-Multikulturalizm diyarı” adlı fotosərgiyə ev sahibliyi edib.

# 691 dəfə oxunub

Müəllifin son yazıları

# # #