Feyruz Muradovun kitabı çap olundu

Feyruz Muradovun  kitabı  çap olundu
14 dekabr 2023
# 16:50

Yazıçı Feyruz Muradovun "Müəllim " nəşriyyatında "Xalq artistinin atası Mirzə Xəlil kim idi ? " adlı hekayələr kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda Xalq artisti Rübabə Muradovanın atası Mirzə Xəlilin Ərdəbil şəhərində göstərdiyi siyasi fəaliyyəti və 1946-cı ildə Şimali Azərbaycana mühacirət etdikdən sonrakı illərdə keçdiyi həyat yolu haqda söz açılır.

Bundan başqa onun böyük qızı Rübabə Muradova, kiçik qızı Mahrux Muradova haqda əvvəllər məlum olmayan faktlar sənədli hekayələrdə öz əksini tapıb.

Kitabda müəllifin "Acınacaqlı ölüm" , " Oğru qadın", Açıq qalan pəncərə cəftəsi" və "Məkrli adam" hekayələri, "Yanlışlıqdan reallığa", "Tanınmış sözü , ağsaqqal məsləhəti", və “Böyük yazıçıları inkar edənlər” kimi esseləri də var.

# 961 dəfə oxunub

Müəllifin son yazıları

# # #