Filarmoniyada yay konsert mövsümünün açılışı olacaq

Filarmoniyada yay konsert mövsümünün açılışı olacaq
17 may 2024
# 15:30

Mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya opera səhnəsinin ulduzu italyan Tenor Fabio Andreotti və Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə yay konsert mövsümünün təntənəli açılışı olacaq.

Kulis.az xəbər verir ki, proqramda məşhur ariyalar və cazibədar Neapolitan mahnıları yer alır.

İlk dəfə yay səhnəsi saysız-hesabsız ətirli qızılgüllərlə bəzədiləcək ki, bu da tamaşaçıların hər konsertdən təəssüratlarını maksimum dərəcədə artıracaq və musiqi gecələrinə romantika, əyləncə və həssas bir atmosfer bəxş edəcəkdir.

Payıza qədər Filarmoniyanın yay konsert mövsümü məşhur sənətçilərin və yüksələn istedadların ifaları ilə musiqisevərləri sevindirəcəkdir.

Biletlərin sayı məhduddur.

# 704 dəfə oxunub

Müəllifin son yazıları

# # #