Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xocalı soyqırımının dəhşətlərindən danışıb. Qeyd edib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır və 34 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günkü kimi yaşayırıq.
Daha sonra “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının (https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) təqdimatı olub.
Sonda tədbir iştirakçıları “Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.