Məşhur məktəb zəngi oğurlandı

Məşhur məktəb zəngi oğurlandı
18 sentyabr 2024
# 11:00

Avcılarda türk kinosunun unudulmaz aktyorlarından olan Adilə Naşitin heykəlindəki məktəb zəngi naməlum şəxslər tərəfindən oğurlanıb.

Kulis.az xəbər verir ki, Avcılar bələdiyyəsi bu istiqamətdə iş aparıb. Ancaq rəng və ölçü baxımından heykələ uyğun gələn zəng nümunəsinə İstanbulda rast gəlmək mümkün olmayıb.

İstanbula Amasiyadan xüsusi olaraq gələn Yusuf Biçer heykəldəki məktəb zəngini bərpa edib.

"Adilə anamızın zəngini çaldılar, mənə zəng etdilər. İstanbulda tapa bilmədilər, Amasiyadan tapıb gətirdim. Zəngi yenidən Adilə anamızın əlinə taxdıq" -, deyə o bildirib.

# 169 dəfə oxunub

Müəllifin son yazıları

# # #