Fəxrəddin Manafov onu aldatdı, dəlicəsinə aşiq oldu, Türkan Şoray ondan üz çevirdi – Meral Konratdan maraqlı faktlar

Meral Konrat

Meral Konrat

1 dekabr 2021
# 13:00

Kulis.az məşhur türk aktrisası Meral Konrat haqqında maraqlı faktları təqdim edir.

1963-cü il martın 11-də anadan olan Meral Konratın ata və anası əslən Krımdan olublar. Ordan Türkiyəyə köçən ailə Konya şəhərində məskunlaşır. Atası uşaqlıq illərindən “qızım diktor və ya vəkil olacaq” desə də, Meral rəsm çəkməyi çox sevib. Rəssamlıq arzusu onu düz universitetə qədər aparıb çıxarır. Meral rəssamlıq fakültəsində təhsil almağa başlayır. Ancaq atasını aldadaraq ona tibb üzrə təhsil alacağını deyir.

***

Beləliklə qandan çox qorxan Meral Marmara Üniversitesi, Güzel Sanatlar Fakültesi, İçmimarlık Bölümü'nde rəssamlıq üzrə təhsil alır, İstanbulda yaşayan bacısının evində qalmağa başlayır. Günlərin birində isə atası qızının ona yalan danışmasından xəbər tutub əsəbləşsə də, onu bağışlayır.

Günlərin birində isə bir reklam firmasının nümayəndələri Meralın oxuduğu fakültəyə gələrək şampun reklamında oynamaq üçün qız axtardığını bildirir. Meralın saçlarının uzunluğu nümayəndələrin gözündən yayınmır. Onlar Meralı bu barədə razı salmaq üçün xeyli dil tökürlər. Meral isə “atam hirslənər, əgər reklama çəkilsəm, məni universitetdən çıxarar” deyir. Ona çox yaxşı pul qazanacağını, deyirlər. Məbləğin yüksək olası Meral bu təkliflə razı salır, ancaq bir şərtlə onu elə formada makiyaj etməlidirlər ki, atası onu tanınmasın. Hər şey onun istədiyi kimi olur. Meralın atası qızını reklam rolikində görüb deyir: “Bu qız Merala nə qədər bənzəyir".

***

Bir müddət sonra Merala kino təklifləri gəlməyə başlayır. Ancaq o, ciddi cəhdlə bu təkliflərdən imtina edir: Sinema mənim üçün qorxulu yerdir, filmə çəkilmək istəmirəm deyir.

Günlərin birində isə rejissor Orhan Oğuzun xanımı Nurhan Oğuz ona ssenari verərək ərinin filmində Tarık Akanla tərəf müqabili olacağını deyir. "Üçüncü Göz" filminə çəkilən aktrisa "Ankara Film Festivalı"nda ən yaxşı qadın aktrisa roluna çəkilir.

***


Bir çoxları aktrisanı Türkan Şoraya bənzədir. Bu səbəbdən də bir gün rejissor Arif Keskiner çəkilişlərin birində Meralı Türkan Şorayın yanına aparıb deyir: “Türkan, bax kimi gətirdim, Meral Konratı sənin yanına gətirdim. Türkan xanım isə ayağa qalxıb diqqətlə mənə baxdı, hətta bir az səntirləyən kimi oldu, sonra isə heç nə demədən üzünü çevirib getdi. Biz sonralar onunla heç yerdə qarşılaşmadıq”. Türkan Şorayın ona heç nə demədən çıxıb getməsi Merala pis təsir edir və o, elə ordaca oturub uşaq kimi ağlamağa başlayır.


Azərbaycanda “Təhminə” filmindəki Təhminə rolu ilə məşhurluq qazanan aktrisa rola çəkilməyini belə nəql edir: “Çəkiliş qrupu mənimlə görüşmək istədiyini dedi. Getdim. Otağa daxil olanda Rasim Ocaqov dedi ki, Təhminə budur! Rasim bəylə ilk tanışlığımız belə oldu. Soruşdum ki, Təhminə kimdir? Dedilər, Azərbaycanda bir film çəkmək istəyirik, rejissor Rasim bəy də səni çox bəyənir və özünün quruluş verdiyi "Təhminə" filmində sənə baş rolu verəcək. "Təhminə" filminə çəkilməyim üçün razılıq verdim. Rasim bəy işinə qarşı çox diqqətcil idi. Onu gördüyüm zaman qorxardım. İşini çox sevirdi... İşdə səhv elədiyimiz zaman çox əsəbiləşirdi! Bundan başqa, o bir ata idi. Nə istədiyini o qədər gözəl, içdən izah edirdi ki! Çox fərqli insan idi. O, yaddaşımda xoş izlər qoyub getdi. Nur içində yatsın!.. Rasim bəyi doğurdan da çox istəyirəm, onun sevgisi hələ də qəlbimdədir.

Aktrisanın filmdəki tərəf müqabili Xalq artisti Fəxrəddin Manafov isə müsahibələrin birində deyir: “Meral 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu və bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı”.

***

Sonralar Zülfiyyə Xanbabayevanın klipində Zaur və Təhminə obrazları ilə çıxış edən hər iki aktyor klip çəkilişlərindən sonra bir-birlərindən incik düşür, anlaşılmazlıq yaşayırlar.

Bu məsələyə Meral xanım belə aydınlıq gətirərək aldadıldığını deyib: “Təhminə-2” filminin çəkilməsi ilə bağlı aktrisaya zəng edib. Lakin onu Bakıda filmə deyil. Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər.

***

“Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm”.


Hal-hazırda qızı Selen Sarı ilə birlikdə yaşayır. Xatırladaq ki, aktrisanın qızı rəqqasdır. O, bir çox müsabiqələrin qalibi olub. Meral xanım isə aktrisalıqla yanaşı həm də rejissor kimi fəaliyyət göstərir.

# 34177 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #